Bakının Binəqədi rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, qəza Binəqədi qəsəbəsində, 179 saylı məktəbin qarşısında baş verib. Belə ki, idarəetməni itirən yük maşınının sürücüsü orta yaşlı qadını vuraraq öldürüb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info