Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb.
Cədvəldə dünyanın ən yaxşı 30 komandası yer alıb. Millimiz 353,841 xalla dünyada altıncıdı. Cədvələ Kanada başçılıq edir – 694,993. Fransa (456,178), Çin (425,053), Almaniya (397,739) və Niderland (374,267) da millimizi qabaqlayır.
Bu arada Paris Olimpiadasında mübarizə aparacaq 3x3 yığmamızın matçlarının təqvimi bəlli olub.
30 iyul
23.00. İspaniya – Azərbaycan
31 iyul
23.30. ABŞ - Azərbaycan
1 avqust
14.30. AZƏRBAYCAN - Fransa
1 avqust
20.30. Almaniya - AZƏRBAYCAN
2 avqust
11.30. Avstraliya - AZƏRBAYCAN
2 avqust
19.30. Çin - AZƏRBAYCAN
3 avqust
19.30. Kanada - Azərbaycan
8 komandanın yer aldığı qrupda ilk iki sıranı tutan millilər yarımfinala vəsiqə qazanacaq. 3-6-cı yerləri tutan yığmalar isə pley-off oyunlarında iştirak edərək, yarımfinala vəsiqə qazanmağa çalışacaq.