EN

Ardanın vurduğu qol ən yaxşı seçilib

Yazını böyüt
Yazını kiçilt

Almaniyada keçirilən Avropa çempionatında qrup mərhələsinin I turunun ən yaxşı qolu bəlli olub.

Türkiyə millisinin futbolçusu Mərt Müldürün Gürcüstan seçməsinin qapısından keçirdiyi top ən yaxşı seçilib.

“Fənərbağça”nın üzvü 25-ci dəqiqədə vurduğu baxımlı qolla matçda hesabı açmışdı.

“Ay-ulduzlular”ın digər futbolçusu Arda Gülərin qolu isə üçüncü sırada yer alıb.

Qeyd edək ki, görüş Türkiyə yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Chosen
113
4
hafta.az

5Sources