EN

Mərkəz: Təkrar sertifikasiya imtahanında səhv sual aşkarlanmayıb

İyunun 8-də keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər araşdırılıb və səhv sual aşkarlanmayıb.

Bu barədə Ölkə.az-a Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 449-u məzmun, 632-si texniki məsələ olmaqla, ümumilikdə 1081 apellyasiya müraciəti daxil olub. Test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər araşdırılıb və səhv sual aşkarlanmayıb.

Apellyasiya müraciÉ™tlÉ™ri barÉ™dÉ™ mÉ™lumat müəllimlÉ™rin ÅŸÉ™xsi kabinetlÉ™rinÉ™ göndÉ™rilib. MüəllimlÉ™r portal.edu.az platformasının “SertifikatlaÅŸdırma” bölmÉ™sinÉ™ daxil olmaqla apellyasiya nÉ™ticÉ™lÉ™ri ilÉ™ tanış ola bilÉ™rlÉ™r.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
31
olke.az

10Sources