AZ

Təkrar sertifikasiya imtahanında səhv sual aşkarlanmayıb

İyunun 8-də keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər araşdırılıb və səhv sual aşkarlanmayıb.

Bu barədə Teleqraf.com-a Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 449-u məzmun, 632-si texniki məsələ olmaqla, ümumilikdə 1081 apellyasiya müraciəti daxil olub. Test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər araşdırılıb və səhv sual aşkarlanmayıb.

Apellyasiya müraciətləri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla apellyasiya nəticələri ilə tanış ola bilərlər.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
31
teleqraf.com

10Mənbələr