Dövlət rəsmisi M.S.Prasans, Kallakuriçi rayonunda təxminən 190 nəfərin saxta içkiyə görə müxtəlif xəstəxanalarda müalicə olunduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.
Prasans, saxta spirt səbəbiylə həyatını itirənlərin sayının 53-ə yüksəldiyini açıqlayıb.
Faktla bağlı aparılan araşdırmalar çərçivəsində polis əməkdaşları tərəfindən Tiruçirapallı ərazisindən ələ keçirilən 250 litr saxta içki aşkar edilərək 7 nəfər şübhəli şəxs saxlanılaraq məhv edilib.