EN

“Rusiyaya qarşı belə bir addım atılsa...” - Zaxarova

ABŞ Rusiya viza mərkəzlərini bağlasa və diplomatları vergi güzəştlərindən məhrum edərsə, Moskva adekvat cavab verəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Belə tədbirlər həyata keçirilərsə, Rusiya tərəfi adekvat cavab verəcək”, - diplomat vurğulayıb.

Bundan əvvəl Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov bildirmişdi ki, Amerika administrasiyası Rusiyanın viza mərkəzinin bu ölkədəki hər iki filialını bağlayır, həmçinin rusiyalı diplomatlara vergi güzəştlərini aradan qaldırır. Onun sözlərinə görə, Amerika tərəfi öz hərəkətlərini heç bir şəkildə izah etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
138
1
teleqraf.com

2Sources