AZ

Zaxarova ABŞ-ın Rusiya viza mərkəzlərini bağlamasına cavab verdi

Zaxarova ABŞ-ın Rusiya viza mərkəzlərini bağlamasına cavab verdi

"ABŞ Rusiya viza mərkəzlərini bağlasa və diplomatları vergi güzəştlərindən məhrum edərsə, Moskva adekvat cavab verəcək".AFN.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.“Belə tədbirlər həyata keçirilərsə, Rusiya tərəfi adekvat cavab verəcək”, - diplomat vurğulayıb.Qeyd edək ki, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, Amerika administrasiyası Rusiya Federasiyasının ABŞ-dakı viza mərkəzinin hər iki filialını bağlayır, həmçinin rusiyalı diplomatları ölkədə vergi ödəməmək imkanından məhrum edir. Onun sözlərinə görə, Amerika tərəfi öz hərəkətlərini heç bir şəkildə izah etməyib.

Seçilən
151
1
afn.az

2Mənbələr