EN

Xankəndidə xeyli sayda silah-sursat aşkarlanıb

Daxili İşlər Nazirliyi məlumat yayıb
Son bir həftədə Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, 15-21 iyunda polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 14 avtomat silahı, 5 tüfəng, 12 qumbara, 1 qumbaraatan, 14 alışdırıcı, 26 patron darağı, 400 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Chosen
148
31
ayna.az

10Sources