Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Niderland - Fransa görüşü başa çatıb.
Leyptsiq şəhərindəki "Red Bull Arena"da gerçəkləşən D qrupunun oyununda hesab açılmayıb.
Qeyd edək ki, bu qrupun II turunun ilk matçında Avstriya Polşa millisinə 3:1 hesabı ilə qalib gəlib. Keçirdiyi hər iki matçda məğlub olan polşalıların qrupda sonuncu yeri tutacağı dəqiqləşib.
***21.06.2021 23.00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Niderland - Fransa görüşü start götürüb.
Leyptsiq şəhərindəki "Red Bull Arena" başlayan D qrupunun oyununu ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir.
Qeyd edək ki, bu qrupun II turunun ilk matçında Avstriya Polşa millisinə 3:1 hesabı ilə qalib gəlib.
BAKU.WS