EN

AVRO-2024: Niderland - Fransa matçı heç-heçə yekunlaşdı

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.

 

Senzor.az bildirir ki, D qrupunun ikinci matçında Niderland və Fransa yığmaları üz-üzə gəliblər. 

 

Görüş qolsuz heç-heçə ilə başa çatıb. 

 

Qrupun digər oyununda isə Avstriya Polşanı 3:1 hesabı ilə məğlub edib.

 

Hazırda Fransa seçməsi 4 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik Niderland isə ikinci pillədə qərarlaşıb. Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Chosen
97
5
senzor.az

6Sources