AZ

Avro-2024: Günün əsas oyununda qol olmadı

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.

Msport.az xəbər verir ki, D qrupunun ikinci matçında Niderland və Fransa yığmaları üz-üzə gəliblər. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Qrupun digər oyununda isə Avstriya Polşanı 3:1 hesabı ilə məğlub edib.

Hazırda Fransa seçməsi 4 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik Niderland isə ikinci pillədə qərarlaşıb. Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Seçilən
79
5
msport.az

6Mənbələr