EN

Messi yeni rekorda imza atdı

Argentina millisinin futbolçusu Lionel Messi yeni rekorda imza atıb. O, Amerika Kubokunda 35-ci matçını keçirib.

Axar.az xəbər verir ki, Argentina yığması Amerika Kubokunun açılış matçında Kanadaya 2:0 hesabı ilə qalib gəlib. Görüş ABŞ-ın Corciya ştatının Atlanta şəhərində baş tutub.

Beləliklə, Messi Amerika Kubokunda 34 oyun keçirən çilili qapıçı Serxio Livinqstonu geridə qoyub. Messi sözügedən matçda bir qol ötürməsi edib.

Chosen
83
2
axar.az

3Sources