EN

Aİ iyunda Ukrayna ilə təhlükəsizliyə dair sənəd imzalaya bilər

Avropa İttifaqı (Aİ) iyunda Ukrayna ilə ölkəyə təhlükəsizlik zəmanəti verəcək sənəd imzalamağa ümid edir.

Bunu Aİ-nin yüksək vəzifəli nümayəndəsi təşkilatın xarici işlər nazirlərinin iyunun 24-də baş tutacaq görüşündən əvvəl açıqlayıb.

“Nazirlərin Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcəklərini gözləyirik. Mətni tezliklə yekunlaşdıracağıq və ayın sonuna qədər imzalanacağına ümid edirik”, - o bildirib.

"Cebhe.info"

Chosen
94
16
cebheinfo.az

10Sources