AZ

Aİ ay bitmədən Ukrayna ilə təhlükəsizliyə dair sənəd imzalayacaq

Avropa İttifaqı (Aİ) iyunda Ukrayna ilə ölkəyə təhlükəsizlik zəmanəti verəcək sənəd imzalamağa ümid edir.

Publika.az xəbər verir ki, bunu Aİ-nin yüksək vəzifəli nümayəndəsi açıqlayıb.

“Nazirlərin Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcəklərini gözləyirik. Mətni tezliklə yekunlaşdıracağıq və ayın sonuna qədər imzalanacağına ümid edirik”, - o bildirib.

Qeyd edək ki, təşkilatın xarici işlər nazirlərinin iyunun 24-də görüşü baş tutacaq.

Seçilən
69
16
publika.az

10Mənbələr