Slovakiya millisinin baş məşqçisi Françesko Kalzona Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda Ukraynaya uduzduqları matç (1:2) haqqında danışıb.
QOL.az xÉ™bÉ™r verir ki, mütÉ™xÉ™ssis məğlubiyyÉ™tÉ™ baxmayaraq, komandasından razı qaldığını deyib:Â
"Çətin matç keçirdik. Razı qaldığım məqamlar oldu, amma hər zaman yox. Ümumilikdə komandamdan razıyam.
İlk hissədə çox yaxşı oynadıq. Amma ikinci hissə arzuladığımız kimi olmadı. Rəqibə cəmi 30 dəqiqə şans verdik. Onlar da bizi cəzalandırdılar. Bizim rəqiblərimiz yüksək səviyyəli komandalardır. Ukrayna millisi FİFA reytinqində bizdən 20 pillə irəlidədir".