EN

Azərbaycanın 3 güləşçisi Fransaya yollanır

Azərbaycanın çimərlik güləşçiləri Fransada keçiriləcək Dünya Seriyasının növbəti mərhələsində iştirak edəcəklər.

Prosport.Az xəbər verir ki, San Loren Dü-Var şəhərinin çimərliyində keçiriləcək yarışda ölkəmiz 3 idmançı iə təmsil olunacaq.

Dünya çempionu İbrahim Yusubov yenə 90 kq-da mübarizə aparacaq. Dünya mükafatçısı Ramiz Həsənov bu dəfə 80 kq-da qüvvəsini sınayacaq. U-23 Avropa çempionatının gümüş medalçısı Rəşid Babazadə isə çimərlik güləşində debüt edəcək. İdmançı 70 kq-da mübarizə aparacaq.

Qeyd edək ki, Dünya Seriyası iyunun 28-29-da baş tutacaq.

Chosen
96
3
prosport.az

10Sources