EN

Amerika Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına niyə tələsir? 

“Amerika Birləşmiş Ştatları regiona davamlı səfər edən çoxsaylı emissarları və yüksək səviyyəli dövlət xadimlərinin dili ilə birinci dəfə deyil ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının zəruriliyini bildirərək tərəfləri buna çağırır. Dövlət Katibi Entoni Blinkenin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə son zəngi və telefon danışığının məhz sülh müqaviləsinin imzalanmasına həsr olunması məsələnin Bayden administrasiyasının diqqəti mərkəzində olduğunu bir daha sübut edir”.

Bu fikirləri Referans.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

O bildirib ki, Amerika Yaxın Şərqdə atəşkəsə nail olmağa, Rusiya ilə Ukrayna arasındakı müharibədə Ukraynanın üstünlük qazanmasına tələsdiyi kimi Cənubi Qafqazda da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına tələsir:

“Dünyanın ən güclü dövlətini qeyd olunan sahələrdə nəticəyə nail olmağa tələsdirən səbəblərə baxaq:

- Noyabrda ABŞ-da Prezident seçkiləri keçiriləcək. Bayden hakimiyyətinin isə Yəhudi və Erməni lobbiçilərinin nəzarəti altında olan seçicilərin qarşısına çıxmaq üçün samballı nailiyyəti yoxdur. Əgər qeyd etdiyimiz sahələrdə nəticə əldə olunmasa Bayden seçicilərinin qarşısına əliboş çıxacaq. Əliboş namizədin qalib gəlməsi ehtimalı isə olduqca zəifdir.

- Rusiya Ukrayna müharibəsi zamanında dünyanın iki güclü qütbündən biri hesab olunan Rusiyanı olduqca çətin vəziyyətə salıb və Kreml az qala dünyanın ən inkişaf etmiş ölkələri ilə müharibədədir. Bu müharibə onu digər bölgələrdəki nüfuz savaşına yetərincə zaman və vəsait ayırmağa imkan vermir. Amma sabah hansı sürprizlərin ortaya çıxacağı qaranlıqdır. Məhz buna görə də ABŞ həm Yaxın Şərq, həm də Cənubi Qafqazda sülh və uzunmüddətli atəşkəsə nail olmaq istəyir. Sabah Rusiya başını qaldıərarsa bu regionları Rusiyanın əlindən almaq heç kimə müyəssər olmayacaq.

- ABŞ, həm də Avropa Birliyi Ermənistan qarşısında onun hərbi, siyasi və iqtisadi təhlükəsizliyini təmin etmək üçün ciddi öhdəliklər götürüb. Bu öhdəlikləri götürən bu qüvvələr Azərbaycanın və Türkiyənin regiondakı mövqeyini nəzərə almayıblar . Elə ona görə də Ermənistan qarşısında götürdükləri öhdəliyi yerinə yetirməkdə çətinliklə üzləşiblər. Ermənistan isə yavaş-yavaş ABŞ və Avropa İttifaqının nəhəngliyi barədə şübhəyə düşməyə başlayıb, Rusiyaya üz tutmaq meylləri göstərir. Azərbaycanla sülh müqaviləsi isə Ermənistan qarşısında öhdəliklərini yerinə yetirmək üçün ABŞ və Avropa İttifaqı üçün sehirli çubuq funksiyası yerinə yetirə bilər.

- Sülh müqaviləsinin imzalanmasının vaxt uzandıqca və Ermənistan buna yeni-yeni əngəllər yaratdıqca (Fransadan silah almaq kimi) Azərbaycanın şərtləri daha da ağırlaşır. Son olaraq Konstitusiyada dəyişiklik etmək kimi Azərbaycanın haqlı tələbi Ermənistanı düşdüyü çuxurdan ümumiyyətlə çıxmağa imkan verməyəcək. Sülh müqaviləsi nə qədər tez imzalanarsa Ermənistanın dövlətçiliyinə bir o qədər faydalı olar. Yoxsa onu nyaxın gələcəkdə bir dövlət kimi mövcud olması sual altına düşür.

- Sülh müqaviləsinin imzalanmasının gecikməsi Azərbaycanın regionda nüfuzunun və Ermənistan üzərində üstünlüyünün daha da artması ilə nəticələnir ki, bu da qeyd olunan qlobal güclər tərəfindən həzm edilə bilmir. Onlar gözləri önündə nəzarətlərindən kənarda yeni bir türk dövlətinin yaranmasına şad deyillər. Müqavilə imzalanarsa, Ermənistanın iflasının qarşısı alına bilər. Və s....”.

Aysu İbrahimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
61
39
referans.az

10Sources