AZ

“Bu proses Azərbaycanın ABŞ üçün artan əhəmiyyətini göstərir”- POLİTOLOQ

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen iyunun 10-12-də Ermənistana səfərdə olub. O, iki günlük səfər zamanı İrəvanda önəmli görüşlər də keçirdi. Səfərdən qısa zaman sonra  Entoni Blinkenin Azəraycan Prezidenti İlham Əliyevlə  telefon danışığı baş tutdu.  Bu ardıcıl prosesləri ABŞ-nin sülh prosesin tam dəstəyi kimi hesab etmək olarmı?

Mövzu ilə bağlı sualımızı cavablayan politoloq Tural İsmayılov bildirdi ki, son dövrlər Amerika Birləşmiş Ştatlarının regiona marağının daha da artdığı müşahidə edilir:

Ceyms Obrayenin İrəvana bu yaxınlarda səfər etməsi, arxasınca Entoni Blinkenin cənab prezident İlham Əliyevlə danışıqlar aparması bunu aydın nümayiş etdirir. Təkcə ABŞ-nin  Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı bölgəyə maraq göstərmədiyini də xüsusi vurğulamalıyam. Çünki artıq yaxın zaman ərzində neçənci dəfədir ki, ABŞ dövlət katibi Entoni Blinken cənab prezident İlham Əliyevə telefon zəng edir, müxtəlif məsələlərlə bağlı danışıqlar aparılır. Bu, Azərbaycanın qlobal siyasi mövqelərinin güclənməsi, eyni zamanda ölkədə keçiriləcək COP29-la  bağlı məsələlərin müzakirəsi baxımından vacib və önəmlidir. Azərbaycanın ABŞ üçün artan əhəmiyyətini göstərir”.

Politoloqun sözlərinə görə,  Amerika Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında vasitəçi qismində iştirak edə bilər:

“Biz xatırlayırıq ki, Vaşinqtonda görüşlər keçirilmişdi . Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən il keçirdikləri görüşlərdə iki ölkə münasibətini irəliyə aparan xeyli müsbət hadisələr olmuşdu. Yəni ABŞ-nin Azərbaycanla Ermənistan arasında sülh məsələsi ilə bağlı müzakirələrdə dəstək verən mövqeyi ola bilər. ABŞ regionda sülhü təşviq etmək istəyir. ABŞ rəsmilərinin verdiyi açıqlamalarda da biz bu tendensiyaları müşahidə edirik. Ona görə də Amerika Birləşmiş Ştatlarının Azərbaycanla Ermənistan arasındakı sülhə dəstəklə bağlı verdiyi siyasi mesajlar vacibdir”.

Emin ŞİRVANZADƏ

Seçilən
108
39
herbiand.az

10Mənbələr