ABŞ-ın Azərbaycandakı səfirliyi cümə günü Cəbrayılda həlak olan ANAMA əməkdaşı Raqif İsayevin ailəsinə başsağlığı verib. Səfirlik başsağlığı mesajını rəsmi Facebook səhifəsində paylaşıb.
Fransa səfirliyinin səhifəsində də ANAMA-ya əməkdaşının həlak olması ilə bağlı başsağlığı mesajı yerləşdirilib.
Hər iki ölkə Azərbaycanın azad olunmuş ərazilərin minalardan təmizlənməsi üzrə səylərini dəstəkləməyə hazır olduğunu bildirir.