AZ

ABŞ və Fransa səfirlikləri Cəbrayılda ANAMA əməkdaşının həlak olması ilə əlaqədar başsağlığı verib

ABŞ-ın Azərbaycandakı səfirliyi cümə günü Cəbrayılda həlak olan ANAMA əməkdaşı Raqif İsayevin ailəsinə başsağlığı verib. Səfirlik başsağlığı mesajını rəsmi Facebook səhifəsində paylaşıb.

Fransa səfirliyinin səhifəsində də ANAMA-ya əməkdaşının həlak olması ilə bağlı başsağlığı mesajı yerləşdirilib.

Hər iki ölkə Azərbaycanın azad olunmuş ərazilərin minalardan təmizlənməsi üzrə səylərini dəstəkləməyə hazır olduğunu bildirir.

Seçilən
171
turan.az

1Mənbələr