EN

İtaliyanın əfsanəvi futbolçusu silahla qarət edilib

İtaliyanın əfsanəvi futbolçusu Roberto Baccio AVRO-2024-ün İspaniya ilə oyununa baxarkən silahla qarət edilib və xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, cümə axşamı Baccionun villasına azı beş silahlı quldur basqın edib.

Soyğunçular getdikdən sonra Baccio qapını sındırıb və alnındakı yara üçün xəstəxanaya aparılıb. Onun ailə üzvlərinin sarsıldığı, lakin zərər görmədiyi bildirilir. Hadisə barədə araşdırılma aparılır.
 
Məryəm
Chosen
78
28
azxeber.com

10Sources