"Lakin təəssüflə bildirmək istərdim ki, olunan xəbərdarlıqlara, görülən tədbirlərə baxmayaraq, bəzi sürücülər hələ də yol hərəkəti qaydalarına qarşı biganə yanaşırlar. Bu yol nəqliyyat hadisələrinin baş verməsində əsas səbəblərdən biri də bəzi sürücülərin sürət həddini aşmaları olub. Nəqliyyat vasitələrinin texniki cəhətdən nasaz formada istifadə edilməsi, eləcə də nəqliyyat vasitəsini idarə edərkən telefondan istifadə yol qəzalarına gətirib çıxarır. Bildirmək istərdim ki, bayram günlərində Dövlət Yol Polisinin əməkdaşları tərəfindən gücləndirilmiş iş rejimində xidmət aparılıb. Bizim də əsas məqsədimiz sürücülərin, hərəkət iştirakçılarının mənzil başına rahat və təhlükəsiz çatmasını təmin etməkdən ibarətdir. Bir daha bildirmək istərdim ki, bütün nəqliyyat vasitələri sürücüləri yol hərəkəti qaydalarına qarşı tam və ciddi şəkildə riayət etsinlər".