EN

"Kaspersky Lab" ABŞ-da qadağan edilib

ABŞ prezidenti Co Baydenin administrasiyası Kaspersky Lab proqram təminatının Rusiya ilə əlaqələri səbəbindən istifadəsinə tam qadağa qoyub.

Bu barədə The Hill məlumat yayıb.

ABŞ-ın ticarət naziri Gina Raimondo ki, “Rusiya amerikalıların şəxsi məlumatlarını toplamaq və istifadə etmək üçün Kaspersky kimi Rusiya şirkətlərindən istifadə etmək qabiliyyətinə və niyyətinə malik olduğunu həqiqətən də göstərdi”.

O əlavə edib ki, şirkət uzun müddətdir narahatlıq mənbəyi olsa da, Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosu yeni səlahiyyətlər çərçivəsində Kaspersky-ni qadağan edə bilib.

"Şöbə, nəticədə Rusiya hökumətinin davam edən kiber hücum imkanlarını və Kaspersky-nin fəaliyyətinə təsir etmək qabiliyyətini nəzərə alaraq, amerikalıları və onların şəxsi məlumatlarını qorumaq istəyiriksə, tam qadağa kimi ciddi bir tədbir görməliyik" ,- xanım Raimondo vurğulayıb.

İyulun 20-dən sonra “Kasperski” ABŞ-da qadağaya uyğun olaraq yeni müqavilələr bağlaya bilməyəcək. Mövcud müştərilər sentyabrın 29-dək proqram təminatından istifadə edə biləcəklər, lakin bundan sonra xidmətlər dayandırılacaq.

Kaspersky kibertəhlükəsizlik həlləri və antivirus proqram təminatı inkişaf etdirən Rusiya şirkətidir.

S.ELAY

XQ

Chosen
119
46
xalqqazeti.az

10Sources