EN

Dayanma və durma ilə bağlı yeni qayda müəyyən edilir

Bakı. Trend:

Azərbaycanda dayanma və durma ilə bağlı yeni qayda müəyyənedilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu günkeçirilən iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanunadəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər,mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələriistisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkəthissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və yadurması qadağandır.

Velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisnaolmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarındadayanmasına icazə verilmir. Eyni zamanda taksi minik avtomobiliolmayan nəqliyyat vasitələrinin 5.14 nişanı ilə işarələnmiş duracaqyerlərində dayanmasına yol verilmir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşdaqəbul edilib.

Məqalədə:
Chosen
81
2
az.trend.az

10Sources