EN

Rusiyanın hava şarı 5 saat Polşa səmasında UÇUB

Rusiya Federasiyasından gələn hava şarı Polşa üzərində uçub.

 

Modern.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

 

Polşa Ordusunun Əməliyyat Komandanlığının məlumatına görə, uçuş  təxminən 5 saat davam edib.

 

İdarədən bildirilib ki, hava şarı Rusiya Federasiyasının Kalininqrad vilayətində kabeldən düşüb və Polşanın hava məkanına daxil olub.

 

Qeyd olunub ki, milli təhlükəsizliyə təhlükə yaratmadığından hərbçilər obyekti vurmamaq qərarına gəliblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
1
modern.az

2Sources