Rusiya Federasiyasından gələn hava şarı Polşa üzərində uçub.
Bu barədə UNIAN məlumat yayıb.
Polşa Ordusunun Əməliyyat Komandanlığının məlumatına görə, uçuş təxminən 5 saat davam edib.
İdarədən bildirilib ki, hava şarı Rusiya Federasiyasının Kalininqrad vilayətində kabeldən düşüb və Polşanın hava məkanına daxil olub.
Qeyd olunub ki, milli təhlükəsizliyə təhlükə yaratmadığından hərbçilər obyekti vurmamaq qərarına gəliblər.
"Cebhe.info"