EN

Cəbrayılda sursat partlayışı olub: ANAMA əməkdaşı həlak olub

Cəbrayıl rayonunda sursat partlayışının baş verdiyi bildirilir.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti birgə məlumat yayıb.

Bildirilir ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində 21 iyun tarixində icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. 

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib, vəziyyətləri qənaətbəxşdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Chosen
33
49
arqument.az

10Sources