AZ

Minatəmizləmə zamanı ANAMA əməkdaşı həlak olub

Cəbrayıl rayonunda sursat partlayışı hadisəsi baş verib, ANAMA əməkdaşı həlak olub.
BusinessTime Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində iyunun 21-də sursat partlayışı hadisəsi baş verib.
Ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur. Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
49
businesstime.az

10Mənbələr