İyunun 20-dən 21-nə keçən gecə Argentina millisi Atlantada (ABŞ) "Mercedes-Benz "stadionunda keçirilən 2024-cü il Amerika Kubokunun açılış matçını keçirib.
Görüş Argentina yığmasının Kanada üzərində 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 49-cu dÉ™qiqÉ™dÉ™ Xulian Alvares açıb. GörüşdÉ™ son nöqtÉ™ni isÉ™ 88-ci dÉ™qiqÉ™dÉ™ Lautaro Martines qoyub. Sonuncu qolun ötürmÉ™sini Lionel Messi verib.Â
Qeyd edək ki, Argentina və Kanadanın qrupunda həmçinin Peru və Çili milliləri də yer alıb. Amerika Kuboku iyunun 21-dən iyulun 15-dək davam edəcək. 16 komanda dörd qrupa bölünür.
Amerika Kubokunun hazırkı qalibi Argentina millisidir. Komanda 2021-ci ildə Braziliyada keçirilən turnirin qalibi olub. Finalda Argentina Braziliyanı Di Marianın vurduğu qol sayəsində minimal hesabla 1:0 məğlub edib.
BAKU.WS VÄ°DEO