EN

Bakıda avtomobil işıq dirəyinə dəyərək aşıb: Xəsarət alan var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, "Volkswagen" markalı avtomobili yüksək sürətlə idarə edən sürücü dönmək istəyərkən sükana nəzarəti itirib.
Nəqliyyat vasitəsi əvvəlcə bordürə, daha sonra işıq dirəyinə dəyərək aşıb.
Avtomobildə olan sərnişin xəsarət alıb.
Qəza nəticəsində yol infrastrukturuna, o cümlədən avtomobilə ciddi ziyan dəyib.
Avtotexniki ekspertiza təyin edilib.
Hadisənin dəqiq səbəbi araşdırılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
68
50
oxu.az

10Sources