AZ

İtalyan biznesmen Moskvada oğurlandı - ANBAAN GÖRÜNTÜLƏR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya paytaxtında italyan biznesmenin oğurlanma anını əks etdirən görüntülər yayımlanıb.
Kadrları Moskva şəhəri üzrə Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi paylaşıb.
Dərc edilmiş videoda bir neçə nəfərin bir kişiyə hücum etdiyi və onu evin həyətində divara sıxdığı görünür.
Zərərçəkmiş Avropanın ən böyük texniki qaz istehsalçısı "SIAD" şirkətinin Rusiyadakı nümayəndəliyinin baş direktoru Stefano Guidottididir.
Bildirilir ki, cinayətkarlar 56 yaşlı biznesmenə hücum edərək, tapança ilə hədə-qorxu gəliblər və sonra avtomobillə Bryanska aparıblar. Qaçırılan şəxs orada bir sutkadan artıq saxlanılıb. S.Guidottidinin sözlərinə görə, həmin müddətdə onun başına torba keçirilib, əllərinə isə qandal vurulub.
İstintaqın məlumatına görə, artıq cinayətdə şübhəlilər tutulublar.
Mənbə: Gazeta.ru
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
50
oxu.az

10Mənbələr