EN

Ürək-damar xəstəliklərinin bu həyəcan doğuran əlamətlərini görməzdən gəlmək olmaz

"Bu əlamətlər baş verdikdə imkan daxilində tez bir zamanda həkimə müraciət etmək lazımdır..."
 
Ürək-damar xəstəlikləri ürək və qan damarlarını zədələyən bir sıra patologiyaları özündə ehtiva edir. Bu ciddi xəstəliklər insult və infarkt kimi təhlükəli vəziyyətlərə gətirib çıxara bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co.il" nəşri yazıb.
 
Qeyd edilir ki, ona görə də vaxtında tibbi yardıma müraciət etmək üçün ürək-damar xəstəliklərinin erkən əlamətlərini aşkar etmək vacibdir.
 
Ürək-damar xəstəliklərinin əsas əlamətləri
 
Baş ağrısı
 
Baş ağrılarının heç də həmişə ciddi problemlərdən xəbər verməməsinə rəğmən, tez-tez baş verən baş ağrıları damarların işinin pozulması əlaməti ola bilər.
 
Zədələnən damar və arteriyalar beynin qan təchizatını çətinləşdirir, bu da baş ağrıları törədir. Müntəzəm baş ağrıları ürək-damar sisteminin yoxlanılması üçün əsasdır.
 
Sinədə ağrılar
 
Sinədə ağrılar xüsusilə aterosklerozun ən təhlükəli növündən olan aortanın aterosklerozu ilə bağlıdırsa, həyəcanlı siqnaldır. Sinədə ağrı olduqda diaqnozun qoyulması və müalicə üçün dərhal həkimə müraciət etmək gərəkdir.
 
Zəiflik
 
Daimi zəiflik və əhvalın pisləşməsi qan dövranı ilə bağlı problemlərdən xəbər verə bilər. Ürək ritmi pozulduqda, ürək əzələsi (miokard) kifayət qədər oksigen almır, bu da ümumi zəifliyə və yorğunluğa səbəb olur.
 
Yeriş zamanı ağrı
 
Yeriş zamanı aşağı ətraflarda ağrı ayaq arteriyalarının aterosklerozu əlamətidir. Ağrıdan başqa, ayaqlarda daima soyuqluq hissi və dərinin avazıması müşahidə edilə bilər. Bu əlamətlər diqqət tələb edir, çünki ateroskleroz həyat keyfiyyətini aşağı sala və ciddi fəsadlara gətirib çıxara bilər.
 
Əlavə risk amilləri və profilaktika
 
Risk amilləri
 
Yuxarıda göstərilən əlamətlərdən başqa, ürək-damar xəstəliklərinin risk amillərinə aşağıdakılar aiddir:
 
- Yüksək arterial təzyiq
- Siqaret çəkmək
- Piylənmə
- Xolesterinin yüksək miqdarı
- Şəkərli diabet
- Az hərəki həyat tərzi
- İrsiyyət
 
Profilaktikası
 
Ürək-damar xəstəlikləri riskini azaltmaq üçün tövsiyə edilir:
 
- Müntəzəm olaraq fiziki hərəkətlərlə məşğul olmaq
- Qida rasionunda yağlı və yüksək kalorili qidanı istisna etmək
- Siqaretdən imtina etmək və alkoqol qəbulunu azaltmaq
- Strss səviyyəsinə nəzarət etmək
- Dövrü olaraq arterial təzyiqi və xolesterinin səviyyəsini yoxlamaq.
 
Qeyd edək ki, həddən artıq fiziki yüklənmə, bəzi qidalar, güclü emosiyalar, virus və s. ürək tutmalarına gətirib çıxara bilər.
Chosen
80
29
moderator.az

10Sources