EN

UEFA albaniyalı futbolçu ilə bağlı araşdırmaya başlayıb

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Albaniya Futbol Federasiyası və Kazan "Rubin"inin futbolçusu Mirlind Daku ilə bağlı araşdırmalara başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə məlumat cümə axşamı təşkilatın saytında dərc olunub.

“Avro-2024-ün qrup mərhələsinin Albaniya və Xorvatiya matçından sonra Albaniya Futbol Federasiyasının futbolçusu Mirlind Daku tərəfindən iddia edilən qeyri-münasib davranışla bağlı istintaq başladılıb”, - UEFA-nın açıqlamasında deyilir.

Daku Xorvatiya ilə oyundan sonra azarkeşlərlə bərabərliyi qeyd edərkən Şimali Makedoniya və Serbiya xalqını təhqir edən millətçi şüarlar səsləndirdiyi üçün diskvalifikasiya ilə hədələnib. Makedoniya tərəfi futbolçunu ictimaiyyət qarşısında üzr istəməyə, UEFA isə müvafiq tədbirlər görməyə çağırıb.

Serbiya Futbol İttifaqının baş katibi Yovan Surbatoviç UEFA Albaniya və Xorvatiyanı azarkeşlərinin serblərə qarşı təhqiramiz şüarlar səsləndirdiyinə görə cəzalandırmasa, ölkə yığmasını Avrodan çıxarmaqla hədələyib.

Albaniya - Xorvatiya oyunu iyunun 19-da baş tutub və 2:2 hesabı ilə başa çatıb. İkinci hissəyə əlavə olunmuş vaxtda dakunun ötürməsindən sonra Klaus Qyasula qol vuran albanlar məğlubiyyətdən yaxa qurtara bildilər.

Chosen
135
6
ucnoqta.az

6Sources