EN

Husilər: İsrail, ABŞ və İngiltərəyə aid 153 gəmini hədəf aldıq

Husilər: İsrail, ABŞ və İngiltərəyə aid 153 gəmini hədəf aldıq

Yəməndə İranın dəstəklədiyi husilər 2023-cü ilin noyabrından bu yana İsrail, ABŞ və İngiltərə ilə əlaqəli 153 gəmini hədəfə aldıqlarını açıqlayıb.Husilərin lideri Əbdülməlik əl-Husi husilərə bağlı “Əl-Mesira” televiziyasına verdiyi açıqlamada Qurban bayramında Qəzza zolağına dəstək olmaq üçün gəmilərə hücumlarını davam etdirdiklərini bildirib.Husilərin son bir həftədə 10 "əməliyyat"da 26 ballistik raketlə 8 gəmini hədəf aldığını qeyd edən əl-Husi, 2023-cü ilin noyabr ayından bu yana İsrail, ABŞ və İngiltərəyə bağlı 153 gəmini hədəf aldıqlarını bildirib.ABŞ və İngiltərənin Yəmənə endirdiyi hava hücumları ilə bağlı əl-Husi bu ölkələrin son bir həftədə Yəmənin müxtəlif bölgələrinə 24 hava hücumu həyata keçirdiklərini, ABŞ və İngiltərənin hücumlarının husilərə təsir etmədiyini vurğulayıb.

Chosen
126
1
afn.az

1Sources