EN

Beyləqanda ağır QƏZA: Ölənlər və yaralananlar var

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə Bəhramtəpə-Aran qəsəbəsi magistralının Beyləqan rayon Binnətli kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ" markalı avtomobil qarşıdan gələn "Mercedes Sprinter" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində "VAZ"da olan 2 nəfər həyatın itirib, 2 nəfər isə yaralanıb. Yaralılar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Chosen
110
33
bizim.media

10Sources