AZ

Kürdəmirdə ağır YOL QƏZASI: 3 ÖLÜ – ADLAR

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.

TEMPİNFO report-a istinadən xəbər verir ki, hadisə rayonun Cəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq bir neçə dəfə çevrilərək yol kənarına aşıb.

Qəza zamanı avtomobildə olan üç nəfər dünyasını dəyişib, bir nəfər isə ağır bədən xəsarətləri alaraq Təcili Tibbi Yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəzada rayonun Cəyli kənd sakinləri Xanalıyev Ceyhun Ağanəzər oğlu, Xanalıyev Toğrul Hikmət oğlu və Əhmədov Süleyman Qarakişi oğlu dünyasını dəyişib.

Umudov Əflatun Əflan oğlu isə ağır bədən xəsarətləri alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
9
tempinfo.az

10Mənbələr