EN

Taxıl sahələrinin 30 %-də biçin başa çatıb

Ölkədə payızlıq taxıl əkini sahələrinin 30 %-də biçin başa çatıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyində taxıl biçinin təşkili ilə bağlı yaradılmış operativ qərargaha istinadən xəbər verir.

Bu günə qədər 303 549 hektar sahədə biçin aparılıb, sahələrdən ümumilikdə 920 344 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,3 sentner təşkil edir.

Ölkə üzrə arpa əkini sahələrinin 58,7 %-də, buğda sahələrinin 9,2 %-də biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,6 sentner, buğda üzrə orta məhsuldarlıq isə 33,7 sentner təşkil edir.

İyunun 20-də biçin prosesinə 1572 kombayn cəlb olunub, bunlardan 626-sı "Aqroservis” ASC-nin, 946 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. Ümumilikdə bu mövsüm kütləvi biçin prosesində 1803 kombaynın iştirak edəcəyi gözlənilir.
 
İyunun 11-də respublika üzrə biçin prosesində 1203 kombayn iştirak edib. Bunlardan 674 kombayn fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan kombaynlardır. "Aqroservis” ASC taxıl biçininə 529 kombayn cəlb edib.


Ümumilikdə "Aqroservis” bu mövsüm taxıl biçininə 656 kombayn cəlb etməyi planlaşdırır. Kütləvi biçin prosesində 1803 kombaynın iştirak edəcəyi gözlənilir.
"Aqroservis”in kombaynları dislokasiya planı üzrə ilkin mərhələdə 5 hektaradək olan kiçik sahələrdə biçin aparır. Sosial biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir.
 
Ötən il ölkə ərazisində 1 058 398,9 hektar taxıl sahəsi əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir.
 
Aytac

www.anews.az
Chosen
91
16
anews.az

10Sources