İsrail Kanada hakimiyyətinin İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına əlavə etmək qərarını alqışlayır və dünyanın digər ölkələrinin də bunu etməsinə nail olmağa çalışacaq.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Katz özünün X səhifəsində yazıb.
Qeyd edək ki, Kanada hakimiyyəti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.
Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun