Gədəbəydə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimliyi məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, zərərçəkənlər - 1976-cı il təvəllüdlü B.Fətullayev və 1957-ci il təvəllüdlü E.Gülməmmədovadır.
Qeyd edək ki, hadisə "VAZ-21015" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
21:41
Gədəbəydə avtomobillər toqquşub, xəsarət alanlar var.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Slavyanka kəndində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
"Cebhe.info"