EN

AVRO-2024: Almaniya millisi ardıcıl iki qələbə qazanıb

Bakı. TurkicWorld:

AVRO-2024-ün A qrupunda II tura start verilib.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, çempionatın 6-cı oyun gününün ikinci matçı Ştutqartda baş tutub.

Yarışın ev sahibi Almaniya Macarıstanı qəbul edib. Hər hissədə 1 qol vuran Bundestim ardıcıl 2-ci qələbəsini qazanıb. Qələbə toplarının müəllifləri Musiala və İlkay olub.

Qeyd edək ki, qrupun digər görüşündə Şotlandiya və İsveçrə qarşılaşacaq.

Chosen
52
2
turkic.world

3Sources