Mirzoyan KTMT iclasında iştirak etməyəcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək.Bu barədə nazirliyin mətbuat katibi Ani Badalyan Armenpress-ə bildirib.
KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası iyunun 21-də Almatıda keçiriləcək.
Bundan əvvəl Ermənistan baş naziri Nikol Paşinyan İrəvanın KTMT-də iştirakının "dondurulduğunu” elan etmişdi.
www.anews.az