Ermənistan Fransadan 36 ədəd "SEZAR" özüyeriyən artilleriya sistemi alıb.
Far.Az “Oxu.Az”a istinadən xəbər verir ki, bu barədə Fransanın "Le Figaro" jurnalının direktor müavini, jurnalist Jan-Kristof Buisson "X" sosial şəbəkəsində yazıb.
"Bu silahlar yaxın 15 ay ərzində onlara çatdırılmalıdır", - deyə Buisson qeyd edib.
Qeyd edək ki, İrəvan və Parisin SEZAR özüyeriyən haubitsalarının tədarükünə dair müqavilə imzalaması faktını daha əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu açıqlamışdı.
Far.Az VİDEO
Pour renforcer* sa défense face à l'Azerbaïdjan, l'#Armenie a acheté 36 canons CAESAR à la France, qui doit les livrer dans les 15 prochains mois.
— J-Christophe Buisson (@jchribuisson) June 19, 2024