EN

Uinston Çörçillin Londondakı evi satışa çıxarıldı -  FOTOLAR

Böyük Britaniyanın baş naziri Uinston Çörçillin malikanəsi 19,5 milyon funt sterlinqə (24,8 milyon dollar) satışa çıxarılıb. Malikanə Londonun məşhur Kensinqton ərazisində, “Hyde Park Gate”də yerləşir.


Sfera.az bildirir ki, bir vaxtlar Çörçill təkcə bu evdə yaşamayıb, həm də birinci mərtəbəsini ofis kimi istifadə edib. 


Ev 1946-cı ildə müharibə dövrünün tanınmış siyasətçisi tərəfindən 7000 funta (bu gün 244,917 funt sterlinq) alınıb. Çörçill  evi alana qədər artıq qonşuluqda bir evə sahib olub. Daha sonra o hər iki evi birləşdirərək, genişləndirilmiş yeri ofis kimi istifadə edib.


Xatırladaq ki, Çörçill, ümumiyyətlə, İkinci Dünya Müharibəsi zamanı rəhbərliyinə görə Britaniyanın ən məşhur baş nazirlərindən biri hesab olunur. O, bu vəzifəni iki dəfə: 1940-1945 və yenidən 1951-1955-ci illərdə icra edib.

 

Tarixi qeydlər göstərir ki, 1965-ci ildə Çörçillin ölümündən sonra malikanə bir ev olaraq satılıb. Lakin illər sonra onları ayrı-ayrı evlərə çevrilib. Mülk sonuncu dəfə 2001-ci ildə 5,75 milyon funta satılıb.


Bu günlərdə sakit küçədə tək yerləşməsi ilə diqqət çəkməklə yanaşı, evin digər maraqlı bir xüsusiyyəti ikiqat hündürlükdə qəbul otağının olmadsıdır. Bu da mülkü böyük və möhtəşəm tədbirlər keçirmək üçün ideal məkan edir. Qəbul otağı kitabxana və qonaq otağı ilə birlikdə birinci mərtəbədə yerləşir.
Birinci mərtəbədə həmçinin Çörçillin daim burada istirahət etdiyi yataq otağı da var. 

 

Evdə idman zalı da var. Altı yataq otağı və terras da daxil olmaqla, malikanədə xidmətçilər üçün qonaq otaqları da yerləşir. Bağa baxan balkonla birlikdə, evdə beş hamam otağı da var.

 

Hərrac evinin bildirdiyinə görə, belə bir ev zəngin tarixi irsə malik məkan axtaran alıcılara ən ideal seçim olacaq.

 

Aynil

Chosen
105
4
sfera.az

4Sources