AZ

Şahzadə Diananın qardaşı 13 illik xanımını boşadı

Mərhum Şahzadə Diananın qardaşı qraf Çarlz Spenser həyat yoldaşı, kanadalı xeyriyyəçi Karen Qordondan boşanıb.

Day.Az axşam.az-a istinadən bildirir ki, o, bu barədə "Daily Mail"ə açıqlamasında deyib:

"Çox kədərlidir. Sadəcə olaraq bütün vaxtımı övladlarıma və nəvələrimə həsr etmək istəyirəm. Karenə isə gələcəkdə xoşbəxtlik arzulayıram".

Qeyd edək ki, Spenser və Qordon 2010-cu ildə Los-Ancelesdə tanış olublar və bir il sonra evləniblər. Cütlüyün 12 yaşlı Şarlotta Diana adlı qızı var.

Spenserin Viktoriya Lokvudla ilk evliliyindən dörd, ikinci həyat yoldaşı Karolin Freyddən isə iki uşağı var. Karenin isə Hollivud prodüseri Mark Qordonla ilk evliliyindən daha iki qızı var.

Seçilən
119
4
day.az

4Mənbələr