Bu ilin yanvar-may aylarında Azərbaycana 57,6 min ton qarğıdalı idxal edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 18,2 milyon ABŞ dollar təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 min ton (23 %), dəyər baxımından isə 2,7 milyon ABŞ dolları (17,1 %) çoxdur.
Hesabat dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,25 %-ni təşkil edib.