EN

Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var

Şəmkir-Gədəbəy avtomobil yolunda avtomobil aşıb, xəsarət alanlar var.

Anons.az xəbər verir ki, report-un Qərb bürosunun məlumatına görə, hadisə avtomobil yolunun Şəmkir rayon Çənlibel ərazisində qeydə alınıb.

Belə ki, “VAZ” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 2000-ci il təvəllüdlü Ə.Həsənov və avtomobildə olan daha bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
154
50
anons.az

10Sources