EN

Qonşu ölkədə güclü zəlzələ oldu

İranın Rəzəvi Xorasan əyalətinin Kəşmər şəhərində 5 bal gücündə zəlzələ baş verib.

Tribunainfo.az bildirir ki,  bu barədə Tehran Universitetinin Geofizika İnstitutu məlumat yayıb.

Bildirilib ki, yerin 6 kilometr dərinliyində baş verən zəlzələ yerli vaxtla saat 13.24-də qeydə alınıb.

Zəlzələdən zərər çəkmiş ərazilərə mümkün dağıntıları araşdırmaq üçün Qızıl Ayparaya bağlı iki qiymətləndirmə qrupu göndərilib.

Zəlzələnin can və ya mal itkisinə səbəb olması ilə bağlı açıqlama verilməyib.

Chosen
2609
12
tribunainfo.az

10Sources