İranın Rəzəvi Xorasan əyalətinin Kəşmər şəhərində 5 bal gücündə zəlzələ baş verib.
Pravda.az Trend-ə istinadən bildirir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutu məlumat yayıb.
Bildirilib ki, yerin 6 kilometr dərinliyində baş verən zəlzələ yerli vaxtla saat 13.24-də qeydə alınıb.
Zəlzələdən zərər çəkmiş ərazilərə mümkün dağıntıları araşdırmaq üçün Qızıl Ayparaya bağlı iki qiymətləndirmə qrupu göndərilib.
Zəlzələnin can və ya mal itkisinə səbəb olması ilə bağlı açıqlama verilməyib.
Tarix: 18 İyun 2024, 15:54