Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin müavini Riçard Vermanı qəbul edib.
“İki sahil” Armenpress-ə istinadən xəbər verir ki, görüş zamanı Ermənistan-Azərbaycan sülh müqaviləsi ətrafında müzakirələr, o cümlədən Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası prosesi ətrafında fikir mübadiləsi aparılıb.